Makroiqtisadi fikir tarixi

Composite image of various people related to macroeconomic theory.
Yuxarı sətr: Fisher, Keynes, Modigliani
Orta sətr: Solow, Friedman, Schwartz
Aşağı sətr: Sargent, Fischer, Prescott

İlk iqtisadçılar monetar amillərin real istehsala təsir etməsinə inanmırdılar, bazarın özü-özünü tənzimlədiyini və ona müdaxilənin çox cüzi, hətta olmamasının tərəfdarı idilər. Con Meynard Keyns isə belə klassik düşüncələri təkzib edirdi və iqtisadiyyata mikroiqtisadi və fərdi cəhətdən yox, məcmu halda yanaşan ümumi nəzəriyyəni formalaşdırdı. Bu isə makroiqtisadi düşüncəyə (nəzəriyyəyə) ilk addım idi. O, işsizlikböhranları izah etməyə çalışan zaman müəyyən edib ki, böhtan zamanı insanların və şirkətlərin pula olan ehtiyacı artır və investisiya qoyuluşu həyata keçirməkdən qaçırlar. Həmçinin Keyns, klassik məktəbin nümayəndələrinin “bazarlar həmişə tarazlıqdadır, bazarda əlavə məhsul qalmır və hamsı reallaşır və işçi qüvvəsi boş dayanmır” kimi ideyalarını etibarsızlığını irəli sürüb[1].

Keynsin davamçıları onun nəzəriyyəsi ilə neoklassik nəzəriyyəni birləşdirərək neoklassik sintez yaradıblar. Baxmayaraq ki, Keynsin nəzəriyyəsi qiymət səviyyəsi və inflyasiyaya diqqət yetirməmişdi, sonradan Keynsçilər qiymət səviyyəsinin dəyişməsi modeli olan “Fillips əyrisini” qəbul ediblər. Bəzi Keynsçilər isə bu nəzəriyyənin bazar tarazlığı modeli ilə sintez edilməsinə qarşı idilər. Onlar qeyri-tarazlıq modelini müdafiə edirdilər. Milton Fridman tərəsindən əsası qoyulmuş nəzəriyyənin davamçıları olan Monetaristlər bəzi Keynsçi ideyaları, xüsusilə pula olan tələbin vacibliyini qəbul edir, amma pul təklifinin inflyasiyaya təsirinin olmamasını təkzib edirdilər[2]. Robert Lukas və digər neoklassik makroiqtisadçılar Keyns modelini rasional gözləmələri nəzərə almadığı və mikroiqtisadi əsaslar üzərində qurulmadığını üçün tənqid ediblər.

Yeni klassik məktəb real biznes tsiklləri nəzəriyyəsi (RBT) ilə kluminasiya nöktəsinə çatdı. Əvvəlki klassik iqtisadi modelllər kimi, RBT modeli də hesab edirdi ki, bazarlar tarazlıqdadır və biznes tsiklləri tələbdəki yox, texnologiya və təklifdəki dəyişikliklər səbəbindən baş verir. Yeni kensçilər yeni klassiklərə bir çox tənqidlər ünvanladılar və yeni klassiklər də eyni ilə hərəkət edirdilər. Bundan sonra yeni noeklassik sintez meydana gəldi. Belə ki, bu həm yeni klassik məktəbin, həm də yeni keynsçilərin ideyalarını özündə birləşdirirdi. Bəzi iqtisadçılar isə bu iki məktəbin qısa müddətli iqtisadiyyatla bağlı müzakirələrindən qaçaraq, uzunmüddətli iqtisadi artım nəzəriyyələrini hazırladılar[3]. Necə ki, Böyük Depresiya dövlətin iqtisadiyyata müdaxiləsinin əhəmiyyətini ortaya çıxardı, son baş verən hadisələr isə diqqəti heterodoks məktəbinə çevirir.

  1. Snowdon, Vane, 2005. səh. 69
  2. McCallum, 2008
  3. Mankiw, 2006. səh. 37–38

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search